HAQQIMIZDA

2017-ci ildən start verilən SAT Academy təhsil layihəsi Azərbaycanın aparıcı təlim və konsaltinq şirkəti olan SAT Group-un gənclər üçün hazırladığı unikal təhsil proyektidir.Bu layihəyə qoşularaq siz Azərbaycan şirkətlərində ən çox tələb olunan 3 ixtisasdan birinə – satış mütəxəssisi, marketinq mütəxəssisi və satış idarəedicisi – peşəkar səviyyədə yiyələnə bilər, üstəgəl dərhal işə başlaya bilərsiniz.  Satış mütəxəssisi ixtisası üzrə təhsil 4 ay, digər ixtisaslar üzrə təhsil isə 5 ay davam edir. Təlimlər müasir metodikalarla, praktiki şəkildə keçirilir. Təlimçilər Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərin aparıcı mütəxəssisləridirlər. Arzulayan şəxslər təhsil müddətində işlə təmin olunurlar. Bundan savayı tələbələrə müxtəlif şirkətlərin təqaüd proqramları təklif olunur.

Bu günə qədər SAT Academy layihəsində 122 nəfər şəxs təlim almış və fərqli sahələrdə çalışan şirkətlərdə fəaliyyətə başlamışlar.

Missiyamız

Bizneslərimizin satış, marketinq, idarəçiliklə bağlı qayğılarına sahiblənib onların inkişafına təkan vermək, bununla da ümumilikdə cəmiyyətin, ölkənin inkişafına töhfə vermək.

Dəyərlərimiz

SAT Group şirkəti inanır ki, missiyasını uğurla gerçəkləşdirmək üçün korporativ dəyərlərini həmişə qoruyub saxlamalı, bütün əməkdaşlarından bu dəyərlərin bölüşülməsini gözləməlidir. Şirkətin dəyərləri onun korporativ mədəniyyətinin əsasını təşkil etməklə şirkətin bütün fəaliyyətində, qərarlarında və davranışlarında vazkeçilməzdir.

DƏYƏRLƏRİMİZ

Dürüstlük, düzgünlük

Dürüstlük, düzgünlük

Şirkətdə şəffaflıq, halallıq, dürüstlük hökmrandır. Bütün qərarlarımızda, davranışlarımızda dürüstlüyü önə çəkirik.

Şəffaflıq

Şəffaflıq

Şirkət işçilərdən heç bir məlumatını, planını gizlətmir. İnanırıq ki, bütün işçilər şirkətin durumunu anlamalı, vəziyyətini bilməlidir. Müştərilərlə münasibətdə də şəffaflığa önəm veririk.

Müştəri-yönümlülük

Müştəri-yönümlülük

Şirkətin uğurunun ən vacib şərtlərindən biri müştərilərlə münasibətlərin daim yüksək səviyyədə saxlanılması, inkişaf etdirilməsi olduğuna inanırıq.

24 saat işləyirik

24 saat işləyirik

Şərti olaraq iş vaxtı saat 19:00-da yekunlaşsa da, biz 24 saat şirkətin mənafeyini düşünür, müştərilərə ən yaxşı xidmət göstərməyə çalışırıq.

Məsuliyyətlilik

Məsuliyyətlilik

Bütün qərarlarımızın məsuliyyətli, əsaslandırılmış olmasına çalışırıq.

Eşidilmək

Eşidilmək

Vəzifəsindən asılı olmayaraq hamımız bir-birimizi dinləməkdə, eşitməkdə maraqlıyıq.